Dieqo Kosta qərarını verdi İspaniya yoxsa Braziliya?

00:55 - 28 Oktyabr 2013

Futbolçu FİFA-ya məktub göndərib
 
“Atletiko”nun hücumçusu Dieqo Kosta FİFA-ya məktub göndərib.
 
Sportal.az xəbər verir ki, orada braziliyalı futbolçu İspaniya millisində oynamağa icazə verilməsini xahiş edib. Bu barədə Marca məlumat yayıb. Qeyd edək ki, Kosta daha əvvəl Braziliya millisinin heyətində rəsmi oyunda meydana çıxmasa da, Rusiya və İtaliyaya qarşı keçirilən yoldaşlıq görüşlərində meydana çıxıb.

Xəbər xətti