"Napoli" "Real"ın daha bir futbolçusuna göz dikib

23:01 - 28 Oktyabr 2013

Morata karyerasını İtaliyada davam etdirə bilər
 
“Real”ın gənc hücumçusu Alvaro Morata qışda klubunu dəyişə bilər.
 
Sportal.az  xəbər verir kii, buna səbəb kimi ispan forvardın “kral klubu”nda oyun praktikası baxımından əziyyət çəkməsi göstərilir. Qeyd edək ki, Morata ilə “Napoli” yaxından maraqlanır. Neapol təmsilçisi yanvarda qarşı tərəfə rəsmi təklif göndərməyi planlaşdırır. İspanların bu təklifə necə cavab verəcəyi maraqla gözlənilir. Onu da bildirək ki, “Real” azarkeşləri Moratanı “2-ci Moryentes” adlandırırlar. 

Xəbər xətti