"Xəzər Lənkəran"da "Böyük oyun" öncəsi ciddi itkilər

13:44 - 29 Oktyabr 2013

3 futbolçu "Qarabağ"la matçdan sonra sıradan çıxıb

 

Azərbaycan premyer liqasının XII turunda Bakıda “Neftçi” nin qonağı olacaq “Xəzər Lənkəran” məşqlərini Lənkəranda davam etdirir.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən və bu gün ehtiyat meydanda hazırlığını sürdürən cənub təmsilçisi əsasən taktiki planda çalışmaları yerinə yetirir. Zədə səbəbindən komanda ilə birgə məşqlərə qatıla bilməyən Junior Nildo fərdi qaydada onun üçün hazırlanmış xüsusi proqramla bərpa məşqlərini davam etdirir.

 

Bu gün keçirilən məşqdə daha üç futbolçu hazırlıqdan kənarda qalıb. Müdafiəçi Rasim Ramaldanov “Qarabağ”la oyunda qabırğa nahiyəsindən , qapıçı Duqlas Leyte və müdafiəçi Vanderson Skarduelli də əzələ nahiyələrində olan ağrılar səbəbi ilə məşqi kənardan izləyib. Futbolçuların hər üçünün qarşıdakı günlərdə məşqlərə qoşulacağı ehtimal olunur. “Xəzər Lənkəran” sabah səhər məşqini keçirdikdən sonra isə paytaxta yola düşəcək. Komanda “Böyük oyun”a qədər daha iki günü paytaxtda məşqlərini davam etdirəcək.

Xəbər xətti