"Rəhim Həsənov qərarı verib sonra dəyişirsə..."
"Gərgin oyun oldu. "Xəzər Lənkəran" qalib gəlmək üçün alışıb yanırdı".
Sportal.az xəbər verir ki, bu sözləri Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib. "Space TV"də yayımlanan "Qol" verilişində "Xəzər Lənkəran" və "Neftçi" arasında keçirilmiş Superkubok oyunu barədə danışan Məmmədov, həmişəki kimi hakimləri tərifləyib.
"Xəzər Lənkəran" "Neftçi"dən üstün oynadı. Penalti epizoduna gəlincə, orda penalti yox idi. Rəhim Həsənov qərarı verib sonra dəyişirsə, bu eyib deyil. Əksinə təqdirə layiq haldır. Burada göründü ki, qapı xətti üzərindəki hakimlərin oyuna böyük tövhəsi oldu. Mən oyundan sonra hakimləri gözəl idarəçiliyə görə təbrik etdim".
saytlarin hazirlanmasi