Əfsanə yaşıl meydanlara geri döndü

17:42 - 29 Oktyabr 2013

Larson ilk komandasına geri döndü
 
Bir vaxtlar “Barselona” və “Mançester Yunayet” kimi klublarda forma geyinən isveçli hücumçu Henrik Larsson 42 yaşında futbola dönüb. 
 
Sportal.az xəbər verir ki, Larson hazırda ilk komandası olan və İsveçin 4-cü liqasında mübarizə aparan “Högaborq”da ikinci məşqçidir. Son turda doğma meydanda “Haqa”nı qəbul edən Larssonun komandasında heyətlə bağlı problem olub və bu səbəbdən də Henrik futbolçu kimi meydana girməli olub. Maraqlıdır ki, 68 dəqiqə meydanda olan 42 yaşlı hücumçunun oyunundan bütün azarkeşlər razı qalıb.

Xəbər xətti