Adrian Pit "Xəzər Lənkləran"dan ayrıldı

18:35 - 29 Oktyabr 2013

"Həll olunan kimi yenidən Lənkərana qayıdacam"
 
Bir neçə gün öncə Adrian Pit "Xəzər Lənkəran"a geri dönmüşdü. Ancaq əsas deyil, əvəzedici komandada məşqlərini bərpa edən rumın yenə ölkəmizi tərk edib.
 
Sportal.az xəbər verir ki, Pit ailə məsələlərinə görə, ölkəsinə getdiyini söyləyib: "Ailəmə görə Lənkəranı tərk etdim. Onların burada qalmaları üçün viza gərəkdi. Mən də onu həll etmək üçün Rumıniyaya gəlmişəm. Həll olunan kimi yenidən Lənkərana qayıdacam". (sportinfo)

Xəbər xətti