"Xəzər Lənkəran" günün ikinci yarısında kef etdi FOTOLAR

18:50 - 29 Oktyabr 2013

Futbolçular kuboku "yedilər"
 
Bu gün günorta yeməyindən sonra "Xəzər Lənkəran"ın futbolçuları və məşqçilər korpusu Lənkəranda yerləşən “Panço” şirniyyat evində olublar.
 
Sportal.az xəbər verir ki, adıçəkilən müəissə kollektivinin “Xəzər Lənkəran”ı Azərbaycan Superkubokunu qazanması münasibətilə dəvətini qəbul edən cənub təmsilçisi şirniyyat masası arxasında oturdu və ilk öncə Azərbaycan Sipekubokunun əksi olan böyük tortu kapitan Rahid Əmirquliyev alqışlar altında kəsdi. 40 dəqiqə müddətində davam edən görüşdə “Panço” şirniyyat evinin kollektivi komandanı müxtəlif şirniyyatlara qonaq etdi və “Xəzər Lənkəran”ın uğurundan fərəhləndiklərini bildirirək komandaya qarşıdakı oyunlarda da uğurlar dilədilər.
 
Daha sonra “Xəzər Lənkəran”ın futbolçuları Heydər Əliyev mərkəzində olaraq Ulu Öndərin həyatını əks etdirən muzeylə tanış olublar. Futbolçulara Heydər Əliyev muzeyindəki eksponatlar haqqında geniş məlumat verilib.
 

Xəbər xətti