"Sumqayıt"da üzlər gülür

22:42 - 29 Oktyabr 2013

Komanda kapitansız məşq edir
 
 Premyer Liqanın 12-ci turunda doğma azarkeşləri qarşısında AZAL-la qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir.
 
Sportal.az xəbər verir ki, komanda gündə iki dəfə olmaqla məşqlərini davam etdirir.
 
Heyətdə zədəli futbolçu yer almır. Yüngül zədəsi olan Aleksandr Çertoqanov fərdi məşqlərlə kifayətlənib.
 
Qeyd edək ki, "Sumqayıt" - AZAL oyunu saat 15:00-da naşlayacaq.

Xəbər xətti