Ronaldo ən yaxşı futbolçu seçildi
UEFA bu mövsüm Çempionlar Liqasında qrup mərhələsinin ən yaxşılarını açıqlayıb.
Sportal.az xəbər verir ki, "Atletiko" bütün rəqiblərini qabaqlayaraq ilk pillədə qərarlaşıb. Madrid klubu bu mövsüm heç bir oyunda uduzmayıb və sadəcə bir dəfə heç-heçə edib.
Mövsümün ən yaxşı futbolçusu "Real"ın ulduz oyunçusu Kriştiano Ronaldo olub (5 matçda 9 qol vurub).
Ən gözəl qol PSJ-nin hücumçusu Zlatan İbrahimoviçə məxsusdu. UEFA onun oktyabrın 23-ü "Anderlext"lə matçda vurduğu üçüncü qolu seçib.
Turnirin rekorduna "Mançester Yunayted"in futbolçusu Rayan Giqqs imza atıb. O, Çempionlar Liqasında 145 dəfə forma geyərək "Real"ın əfsanəvi hücumçusu Raulu geridə qoyub.
saytlarin hazirlanmasi