Ramos məşqlərə başladı
"Real" (Madrid) klubunun müdafiəçisi Serxio Ramos zədəsini sağaldıb.
Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu komandası ilə məşqlərə başlayıb. Çiynindən zədə alan Ramos AÇ-2016-nın seçmə mərhələsinin son iki oyununda İspaniya yığmasına kömək edə bilməyib. Lakin baş məşqçi Rafael Benites şans verəcəyi təqdirdə Ramos La Liqada "Levante" ilə görüşdə iştirak edə biləcək.
Qeyd edək ki, Ramos cari mövsüm La Liqada 4 oyunda meydana çıxıb.
saytlarin hazirlanmasi