Neymarın atasından "Mançester Yunayted" açıqlaması

19:00 - 16 Oktyabr 2015

"Transfer etmək istədilər"

 

"Barselona"nın ulduz futbolçusu Neymarın atası Neymar Santos Braziliyada televiziya kanallarından birinin qonağı olub.

 

Sportal.az xəbər verir ki, Santos Neymarın "Barselona"dan ayrılmayacağını vurğulayıb:

 

"Yay transfer pəncərəsində Neymar üçün "Barselona"ya transfer təklifi gəldi və daha sonra klubdan Neymarı satmayacaqlarını bildirdilər. Təklifi göndərən klub "Mançester Yunayted" idi. Oğlum "Barselona"dan ayrılmayacaq. Onun klubla 3 illik müqaviləsi var".

 

Qeyd edək ki, Neymar 2013-cü ildən "Barselona"da çıxış edir.

Xəbər xətti