"Real"ın zədəlisi PSJ-lə oyunu buraxacaq

22:24 - 19 Oktyabr 2015

Pepedən bəd xəbər
 
"Real"ın futbolçusu Pepe Çempionlar Liqasının üçüncü turunda PSJ-yə qarşı matçda oynamayacaq.
 
Sportal.az xəbər verir ki, İspaniya La Liqasında "Atletiko"ya qarşı oyunda zədələnən portuqaliyalı müdafiəçinin Paris təmsilçisi ilə görüşə kimi sağalmayacağı dəqiqləşib. Pepe ümumiyyətlə, bu ay oynamayacaq. Bu isə o deməkdir ki, 32 yaşlı futbolçu PSJ ilə  yanaşı, "Las-Palmas"la matçı da buraxacaq.
 
Qeyd edək ki, PSJ - "Real" qarşılaması oktyabrın 21-i keçiriləcək.

Xəbər xətti