Modriç sağaldı

 

"Real" Madridin futbolçusu Luka Modriç zədəsini sağaldıb.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Çempionlar Liqasının üçüncü turunda PSJ-yə qarşı keçiriləcək matçda oynamağa hazırdır. Baş məşqçi Rafael Benites şans verəcəyi təqdirdə, o, sözügedən oyunda meydanda olacaq.

 

Qeyd edək ki, PSJ - "Real" görüşü sabah keçiriləcək.