"Levante" Lukas Alkarası istefaya göndərib
İspaniya La Liqasında növbəti baş məşqçi istefası reallaşıb.
Sportal.az xəbər verir ki, "Levante" baş məşqçisi Lukas Alkarası istefaya göndərib. Alkarasın istefasına, sonuncu turda "Real Sosyedad"a 0:4 hesablı məğlubiyyətdən sonra bu qərar verilib.
Bununla da, La Liqada 2-ci məşqçi istefası gerçəkləşib. Bundan əvvəl "Las Palmas" baş məşqçisi ilə yolları ayırmışdı.
Qeyd edək ki, "Levante" La Liqada 9 turdan sonra 6 xalla sonuncu pillədədir.
saytlarin hazirlanmasi