Het-trik edən uruqvaylı hücumçu topu özünə götürdü
“Barselona”nın hücumçusu Luis Suares maraqlı addım atıb.
Sportal.az xəbər verir ki, uruqvaylı hücumçu “Eybar”la matçda oynanılan topu özü ilə aparıb. Təcrübəli hücumçu özü ilə apardığı topla şəkil çəkdirərək rəsmi “facebook” hesabından paylaşıb. Buna səbəb isə futbolçunun matçda het-trik edərək komandasına qələbə qazandırması olub.
Qeyd edək ki, Luis Suares bu mövsüm İspaniya La Liqasında 7 qol vurmağı bacarıb.
saytlarin hazirlanmasi