"Barselona" Maskeranonu 4 oyunluq itirə bilər

01:57 - 27 Oktyabr 2015

Hakimi təhqir etdiyinə görə...
 
İspaniya La Liqasının 9-cu turunda "Eybar"a 3:1 hesabı ilə qalib gələn "Barselona"nın futbolçusu Xavyer Maskerano 4 oyunluq cəzalana bilər.
 
Sportal.az xəbər verir ki, buna argentinalı futbolçunun "Eybar"la görüşdə (3:1) yan xətt hakimini təhqir etməsi səbəb olub. Matçın 83-cü dəqiqəsində idmançıya yaraşmayan hərəkətinə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulan Maskeranoya daha ağır cəza verilə bilər. Maskeranonun yan xətt hakimini təhqir etməsi sübuta yetiriləcəyi təqdirdə İspaniya Futbol Federasiyasının onu 4 oyunluq cəzalandıracağı gözlənilir. Belədə 31 yaşlı futbolçu La Liqanın 12-ci turunda Madrid "Real"ı ilə keçiriləcək derbi oyunu buraxmalı olacaq.
 
Qeyd edək ki, "Real" - "Barselona" oyunu noyabrın 21-də keçiriləcək.

Xəbər xətti