"Real"a şad xəbər

22:56 - 27 Oktyabr 2015

Zədələrini sağaldıblar

 

Madrid "Real"ının zədəli futbolçuları məşqlərə başlayıblar.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın zədəli futbolçuları - Kərim Benzema, Xames Rodriqes, Pepe və Alvaro Arbeloa zədələrini sağaldıblar. Adları qeyd olunan futbolçular bu gün komanda ilə məşqdə iştirak ediblər. Bu futbolçuların İspaniya La Liqasının növbəti turu çərçivəsində "Las Palmas"la baş tutacaq görüşdə iştirak edəcəkləri gözlənilir.

Xəbər xətti