Eddi İsrafilovun komanda yoldaşı ən yaxşı futbolçu seçildi
İspaniya La Liqasında oktyabr ayının ən yaxşı baş məşqçisi və futbolçusu bəlli olub.
Sportal.az xəbər verir ki, oktyabr ayında məğlubiyyət acısı yaşamayan "Atletik"in baş məşqçisi Ernesto Valverde ən yaxşı baş məşqçi adına layiq görülüb. Millimizin futbolçusu Eddi İsrafilovla eyni komandada top qovan "Eybar"ın futbolçusu Borxa Baston La Liqada oktyabr ayının ən yaxşı futbolçusu seçilib. Baston oktyabr ayında La Liqada 3 qol vurub.
saytlarin hazirlanmasi