"El-Klassiko"da terror təşvişi

18:38 - 19 Noyabr 2015

Təhlükəsizlik gücləndirilib

 

İspaniya La Liqasının XII turunda baş tutacaq "Real" - "Barselona"la oyunu ilə bağlı ölkə rəhbərliyi ciddi təhlükəsizlik tədbirləri görür.

 

Sportal.az  xəbər verir ki, bu son vaxtlar Avropa ölkələrində baş verən terror hadisələri ilə bağlıdı. Onlar “El-Klasiko”da hər hansı bədbəxt hadisənin yaşanmaması üçün təhlükəsizlik tədbirlərini gücləndirir. Matçın keçiriləcəyi "Santyaqo Bernabeo" stadionunda ən azı 1000 polis və 400-ə qədər özəl təhlükəsizlik nümayəndəsi olacaq. Bu məlumatı İspaniyanın daxili işlər naziri də təsdiqləyib.

 

Qeyd edək ki, sözügedən qarşılaşma noyabrın 21-də keçiriləcək.

Xəbər xətti