318-ci qolunu vurdu
İspaniya La Liqasının XIII turunda "Real" səfərdə "Eybar”ı məğlub edib 2:0
Sportal.az xəbər verir ki, sözügedən qarşılaşma "Real”ın ulduzu Kristiano Ronaldo üçün əlamətdar olub. Qarşılaşmanın 82-ci dəqiqəsində penaltidən fərqlənən futbolçu daha bir uğura imza atıb. Portuqaliyalı forvard Avropa ölkələrinin "top-5” liqalarında vurduğu qolların sayını 318-ə çatdırıb. O, bununla da, Stiv Blumeri (317 qol) geridə qoyaraq "top-5” ölkələri futbolunun bütün ən yaxşı bombardirləri siyahısında 3-cü pilləyə yüksəlib.
Qeyd edək ki, Ronaldo siyahıda Herd Müller (365 qol) və Cimmiz Qrivzdən (366 qol) geri qalır.
saytlarin hazirlanmasi