Ter-Şteqen zədələndi

22:55 - 1 Dekabr 2015

Məşq zamanı zədələnib
 
"Barselona" klubunun qolkiperi Mark Andre Ter-Şteqen zədələnib.
 
Sportal.az "Football-espana"ya istinadən xəbər verir ki, almaniyalı qapıçı məşq zamanı zədələnib və məşqi yarımçıq tərk edib. Gənc qolkiper sabah kubok matçında "Vilyanovense" klubuna qarşı oynamayacaq. Ter-Şteqenin durumuna isə tibbi müayinədən keçdikdən sonra aydınlıq gələcək.
 
Xatırladaq ki, "Barselona" - "Vilyanovense" matçı sabah Bakı vaxtı ilə 23:00-da baş tutacaq.

Xəbər xətti