Daha bir baş məşqçi istefası

20:16 - 14 Dekabr 2015

Serxio Qonzalesi istefaya göndərilib

 

La Liqada növbəti baş məşqçi istefası baş verib.

 

Sportal.az xəbər verir ki, "Espanyol" komandası uğursuz nəticələrə görə baş məşqçisi Serxio Qonzalesi istefaya göndərib. Təcrübəli mütəxəssislə həftə sonu "Seviliya" ilə keçirilən matçdan (0 - 2) sonra yollar ayrılıb.

 

Qeyd edək ki, "Espanyol" La Liqada 17 xalla 12-ci pillədə qərarlaşıb.

Xəbər xətti