"Malaqa" qapıçısı ilə yollarını ayırdı

18:31 - 28 Dekabr 2015

Meksikaya üz tutdu
 
"Malaqa" klubu qapıçısı Qilyermo Oçoa ilə yolları ayırıb.
 
Sportal.az xəbər verir ki, meksikalı qolkiper "Malaqa"da əsəs heyətə düşə bilmədiyi üçün komandadan ayrılıb. 30 yaşlı qolkiper doğma vətəninə qayıdıb və "Çivas" klubu ilə müqavilə imzalayıb.
 
Qeyd edək ki, Qilyermo Oçoa "Malaqa"ya 2014-cü ildə transfer olmuşdu.

Xəbər xətti