"Satmaq fikrimiz yoxdu"
İspaniya La Liqasında mübarizə aparan "Sevilya" klubunun baş məşqçisi Unay Emeri komandanın hücumçusu Çiro İmmobilenin transfer məsələsi ilə bağlı danışıb.
Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis italiyalı forvardı satmayacaqlarını bildirib:
"İmmobile ilə bir neçə dəfə söhbət etmişik. Burada xoşbəxtdir və getmək istəmir. Bizim də Çironu satmaq niyyətimiz yoxdu. Qış transfer pəncərəsində hər hansı futbolçumuzu satmaq istəmirik".
saytlarin hazirlanmasi