Fernandeslə 2019-cu ilə qədər müqavilə imzalanıb
 
“Atletiko” “Selta”nın yarımmüdafiəçisi Auqusto Fernandesi transfer edib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki,  29 yaşlı yarımmüdafiəçi ilə 2019-cu ilə qədər müqavilə imzalanıb.
 
İspaniya mətbuatı isə yazıb ki, bu transfer üçün “Atletiko”  “Selta”ya 6.5 milyon avro ödəyəcək, futbolçu özü isə bir mövsümə 1.8 milyon avro qazanacaq.