Arda Turan: "Bu, aramızda sirr olaraq qalacaq"

17:16 - 7 Yanvar 2016

 "İlk oyunum keçirdiyim üçün həyəcanlı idim"

 

Türkiyə milli komandasının üzvü Arda Turan "Barselona"nın heyətində ilk matçına çıxıb.

 

Sportal.az xəbər verir ki, ulduz futbolçu İspaniya kubokunun "Espanyol"la matçından (4 - 1) sonra jurnalistlərə açıqlama verib. 28 yaşlı futbolçu həyəcanlı olduğunu deyib: "Əlbəttə, ilk oyunum keçirdiyim üçün həyəcanlı idim. Matç bizim üçün yaxşı keçdi. İlk oyunumda qələbə qazanmağımızı çox istəyirdim. Geriyə düşsək də, qələbə qazandıq. Məğlub olsaydıq, çox üzülərdim. Oyundan həzz aldım. Çox sevincliyəm. Oyunun gedişində Messi qulağıma bəzi sözlər dedi. Amma nə dediyini söyləməyəcəm. Bu, aramızda sirr olaraq qalacaq".

Xəbər xətti