Nolito qərarını verdi

23:15 - 14 Yanvar 2016

"Selta"da xoşbəxtəm"
 
İspaniya La Liqasında mübarizə aparan "Selta"nın hücumçusu Nolito transfer söz-söhbətlərinə aydınlıq gətirib.
 
Sportal.az xəbər verir ki, 29 yaşlı hücumçu "Selta"da xoşbəxt olduğunu bildirib:

"Mənim "Selta" ilə müqaviləm var və burada özümü xoşbəxt hiss edirəm. Mən uzun illər bu komandanın şərəfini qorumaq istəyirəm".
 
Qeyd edək ki, Nolito ilə "Barselona" və "Arsenal" klubları maraqlanırdı.

Xəbər xətti