Daha iki La Liqa klubuna transfer qadağası qoyula bilər

00:36 - 16 Yanvar 2016

Yanvarın 19-u məlum olacaq
 
İspaniyanın daha iki klubuna transfer qadağası qoyula bilər.
 
Sportal.az xəbər verir ki, FİFA "Valensiya və "Vilyareal"ı cəzalandırmağa hazırlaşır. Buna səbəb aşağı yaş qrupları üzrə transferlərdə qayda pozuntusuna yola verilməsidir. Artıq bununla bağlı İspaniya Futbol Federasiyası yanvarın 19-da növbədənkənar iclas keçirəcək.
 
Qeyd edək ki, bu ay FİFA "Real" və"Atletiko"ya eyni səbəbə görə transfer qadağası qoyub.

Xəbər xətti