Çexiya millisinin üzvü, Rusiyanın “Tom” klubundan ayrılan Lukaş Droppanın “Neftçi” də oynayacağı deyilsə də, futbolçu bunu təkzib edib.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Bakı klubundan təklif aldığını, lakin Azərbaycana gəlmək istəmədiyini bildirib:
“Neftçi”dən təklif almışam. Amma Azərbaycanda, bu klubda oynamaq istəmirəm. Çünki Avropanın daha güclü klubları da məni heyətində görmək istəyir. Ona görə də “Neftçi” seçimi mənim üçün sonuncudur. Bu variant üzərində heç düşünmürəm”. (Qafqazinfo)
saytlarin hazirlanmasi