“İnter”in hücumçusu Mauro İkardi açıqlama verib.
Sportal.az xəbər verir ki, 24 yaşlı forvard uzun müddət “İnter”də qalacağını bildirib:
“Biz Çempionlar Liqasında oynamaq istəyirik və sona qədər mübarizə aparacağıq. Bu mövsümü çox yaxşı başlamışam. Ümid edirəm ki, bütün mümkün variantları sınayacağıq. “İnter”in nə üçün 6-cı yerdə olduğunu və Avropadan kənar qaldığını izah edə bilmirəm. Komandanı ən yaxşı sıralara gətirmək üçün çalışacağıq. Klubla müqaviləmi yenilədim, çünki bura alışmışam. Həmişə “İnter” azarkeşi olmuşam. Hücumçu olduğum üçün qol vuran kimi, başqa kluba keçəcəyimlə bağlı məlumatlar yayılır. İtaliya futbolu mənə çox yaraşır. İnanıram ki, gələcəyim də “İnter”lə bağlı olacaq”.
Qeyd edək ki, argentinalı futbolçu 2013-cü ildən “İnter”də çıxış edir.
saytlarin hazirlanmasi