İtaliya A Seriasında vurduğu 22 qolla bombardirlə siyahısına başçılıq edən Andrea Belotti haqda çıxış etdiyi "Torino" klubunun baş məşqçisi Sinişa Mixayloviç maraqlı açıqlama verib.
Sportal.az xəbər verir ki, çempionatının son turunda "Palermo" ilə matçda 7 dəqiqəyə het-trik edərək komandasına qələbə qazandıran hüumçunu tərifləyib:
"Möhtəşəm performans nümayiş etdirdi. Həmişə belə davam etməlidir. Hazırda Seriya A-nın bombardiri və ən yaxşı hücumçusudur. Amma bununla da qane olmamalıdır, davam etməlidir. Hələ çox gəncdir və sahib olduğu üstünlüklərlə ən yaxşılardan biri ola bilər".
Bu mövsüm "Torino" ilə müqaviləsini uzadan Belottinin sərbəst qalma qiyməti 100 milyon avrodur. Sinişa Mixayloviç bu rəqəmin artırılmasının lazım olduğunu bildirib:
"Klub prezidentimiz Belottinin sərbəst qalma qiymətini artırmaq məcburiyyətində qalacaq. Mən olsaydım, 150 milyon avro təyin edərdim. İstəyirəm ki, Belotti komandamızda qalsın".
Qeyd edək ki, İtaliya millisinin üzvü olan 23 yaşlı hücumçu bu mövsüm 27 oyuna 24 qol vurub və 4 assist edib.
saytlarin hazirlanmasi