UEFA Super Kubokunun oyunu qadın hakimə həvalə edildi

14:14 - 2 Avqust 2019

UEFA Super Kubokunun "Liverpul" - "Çelsi" oyununu idarə edəcək hakim açıqlanıb.

 

Sportal.az UEFA-ya istinadən xəbər verir ki, İstanbuldakı "Vodafone Park"da keçiriləcək oyunu fransalı qadın hakim Stefanie Frappart idarə edəcək. Yan xətt hakimləri Manuella Nikolosi və Mişel Onil olacaq. Dördüncü hakim funksiyasını türkiyəli Cüneyt Çakır yerinə yetirəcək.

 

UEFA-nın bayrağı altında keçirilən kişilərin oyunu ilk dəfə qadın referiyə həvalə edilib.

 

Avqustun 14-ü keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Xəbər xətti