İbrahimoviçə Avstraliyadan sürpriz təklif

18:18 - 31 Oktyabr 2019

MLS təmsilçisi "Los-Anceles Qalaksi" ilə mövsümün sonunda müqaviləsi bitəcək Zlatan İbrahimoviçlə Avstraliyanın "Pert Qlori" klubu maraqlanmağa başlayıb.

 

Sportal.az "The Age" nəşrinə istinadən xəbər verir ki, klub İbrahimoviçə mövsümün son 6 matçında oynamaq üçün təklif yollayacaq. Klub prezidenti Toni Piqnata isveçli forvardın agenti Mino Rayola ilə danışıqlar apardıqlarını deyib.

 

İbrahimoviç "Los-Anceles Qalaksi"də 58 oyuna 53 qol vurub.

 

Xəbər xətti