APOEL - "Qarabağ": oyunun statistikası

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Kiprdə APOEL klubuna 1:2 hesabı ilə uduzdu.

 

Sportal.az qarşılaşmanın statistikasını təqdim edir:

 

“Qarabağ” 12, APOEL isə 6 dəfə qapıya zərbə endirib. Ağdamlıların 4 zərbəsi qapıya istiqamətlənib və 2-si qolla nəticələnib. "Köhlən atlar"ın 8 zərbəsi qeyri-dəqiq alınıb. 1 zərbəyə isə blok qoyulub.

 

APOEL-in 6 zərbəsindən 2-si qolla nəticələnib. Nikosiyalıların 4 zərbəsi qapı istiqamətinə ünvanlanıb, 2-si qeyri-dəqiq alınıb, 7 zərbəyə blok qoyulub. Digər zərbə isə qeyri-dəqiq alınıb.

 

Künc zərbələrində bərabərlik qeydə alınıb - 6:6.

 

Topa yiyələnmə meydan sahiblərinin xeyrinə olub – 54 faiz – 46 faiz.

 

Tarix: 8 Noyabr [00:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2019
18  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio