"Sabah"ın futbolçusunun qardaşı "Arsenal"ın hədəfində

15:39 - 5 Fevral 2020

Niderlandın “Feyenoord” klubunda çıxış edən Türkiyənin U-21 millisinin üzvü Orkun Kökçü “Arsenal”ın transfer hədəfindədir.

 

Sportal.az “Daily Mail”ə istinadən xəbər verir ki, "topçular" 18 aydır izlədiyi futbolçunu yayda almağa çalışacaq. "Feyenoord" 2023-cü ilin yayına qədər müqaviləsi olan futbolçunu komandada saxlamağın çətin olacağını anlayır.

 

"Arsenal"ın Rotterdam klubuna 15 milyon funt-sterlinq təklif edəcəyi xəbərdə qeyd edilib.

 

Gənc futbolçu bu mövsüm 29 oyuna 3 qol vurub, 4 assist edib.

 

Orkun Kökçünün qardaşı Ozan Can Kökcü “Sabah”da çıxış edir və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvüdür.

Xəbər xətti