Maykl Essyen: "Dostlarım Bakının harada yerləşdiyini bilmirdi"

16:41 - 22 Aprel 2020

“Səbail”in futbolçusu Maykl Essyen  “Match TV” kanalına Bakı ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı qanalı ulduz Azərbaycan mətbəxinin dadlı olduğunu, Bakıda tıxacın yaşanmadığını deyib:

 

“Dostlarıma Bakı haqda danışanda, onlar bu şəhərin harada olduğunu bilmirdilər. Qohumlarım yanımda olanda, burdan xoşları gəlir. Bakıda tıxac yoxdur. Bunula bağlı bir müqayisə etməliyəm. Bir neçə il İndoneziyada oynamışam, orada tıxac 20 dəfə daha pisdir. Azərbaycanın mətbəxi çox ləzzətlidir, amma yüksək kalorilidir”.

 

"Çelsi"nin əfsanəvi futbolçusu 2019-cu ilin yanvarında "Səbail"lə 1,5 il müqavilə bağlayıb.

Xəbər xətti