Azərbaycanlı hücumçudan sonra Ronaldo da bunu bacardı

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo yığmada 101-ci qolunu vurub.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı hücumçu buna Millətlər Liqasının 2-ci turunda səfərdə İsveçə 2:0 hesabı ilə qalib gəldikləri oyunda nail olub. O, komandasının hər iki qolunu vurub.

 

Ronaldo millidə 100 qol səddini aşan 2-ci futbolçudur. Ulduz futbolçu qol sayında İran yığmasında oynamış azərbaycanlı hücumçu Əli Daeidən geri qalır. Ərdəbilli hücumçunun hesabında 109 qol var.

Tarix: 9 Sentyabr [14:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio