Superliqada baş məşqçi istefaya göndərildi

09:53 - 1 Noyabr 2020

Türkiyənin “Trabzonspor” klubu baş məşqçisi Eddi Nyutonla yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.İngilis mütəxəssisin müqaviləsinə xitam verildiyi bildirilib.

“Trabzonspor” dünən Super Liqada “Kasımpaşa”ya 3:4 hesabıyla məğlub olub. Qaradəniz təmsilçisi 7 turdan sonra turnir cədvəlinin 18-ci sırasında qərarlaşıb.

Nyuton bu ilin avqustunda “Trabzonspor”a baş məşqçi təyin olunmuşdu. Buna qədər o, klubda köməkçi-məşqçi kimi fəaliyyət göstərirdi.

Xəbər xətti