Elmar Baxşıyev: "Bunu aradan qaldırmağa çalışacağıq"

Azərbaycan Premyer Liqasının X turunun “Qəbələ” – “Neftçi” oyunundan (1:4) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Sportal.az xəbər verir ki, 40 yaşlı mütəxəssis deyib:

“Torpaqlarımızı qaytardığımız üçün xalqımızı təbrik edirəm.

Oyunun çətin olacağını bilirdik. “Neftçi” yaxşı futbolçulardan təşkilatlanmış komandadı. Oyuna ciddi hazırlaşmışdıq. 

Planlaşdırdıqlarımızın üzərində çalışmışdıq və bu meydanda da alınırdı. Komandamız meydanda hər şey göstərir, lakin qollar, soyuqqanlılıq çatışmır. Qol vurmayanda rəqib cəzalandırır. İlk yarıda epizodlar yaradırıq, yararlana bilmirik, rəqib isə yarım epizodu dəyərləndirir. Sonra oyunun axarını dəyişmək çətin olur. Ağır məğlubiyyət alsaq da, istədiyimi futbolçulardan görürəm. Hücum futbolu oynayır, epizodlar yaradır, son nöqtəni qoymaqda çətinlik çəkirik. Birinci dövrədə də “Neftçi” ilə görüş ağır keçmişdi.

Heyətimizə baxanda oyunun nəticəsini dəyişə biləcək keyfiyyətli oyunçular var. Üzərimizə düşəni artıqlaması ilə edib bunu aradan qaldırmağa çalışacağıq. Komandama çox irad bildirə bilmirəm. Bəzi epizodlardakı boşluqları rəqib dəyərləndirir.

Fərdi səhvləri düzəltmək asandı, komanda oyununda dəyişiləsi heç nə yoxdu. Komanda şəklində uduzmuşuq, ayrı-ayrı futbolçuları fərqləndirməzdim. Qalib gələndə də, heç-heçə edəndə də bu kollektiv hesabında olur. İnanıram ki, uğur gətirə bilərik. Ümumi götürəndə bütün turlarda “Qəbələ” kiminlə oynasa, da 5-6 epizod yaradır. Bu komandanı hücumda görürəm”.

Tarix: 22 Noyabr [17:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 Dekabr 2020
1  Dekabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio