Tokio-2020: Rafael Ağayev tanış rəqiblə qarşılaşacaq

16:36 - 4 Avqust 2021

Tokio-2020 Yay Olimpiya oyunlarında iştirak edəcək karateçilərimizin rəqibləri, döyüşlərin reqlamenti bəlli olub.

 

Sportal.az xəbər verir ki, idmançılarımızdan öncə Firdovsi Fərzəliyev (67kq) A qrupunda döyüşünə çıxacaq. O, Eram Şamdanla (Türkiyə), daha sonra isə müvafiq olaraq Naoto Saqo (Yaponiya), Darhan Assadilov (Qazaxıstan) və Ali Əl-Savi (Misir)  ilə üz-üzə gələcək. Qarşılaşmalar 07:05-də start götürəcək.  

 

Avqustun 6-da isə Rafael Ağayevin (75 kq) döyüşləri start götürəcək. Onun ilk döyüşü Noa Biçə (Almaniya) qarşı olacaq. Ardınca isə Ağayev Çueneari Yahiro (Avstraliya), Nurkanat Ajiqanov( Qazaxıstan) və Luici Busa (İtaliya) ilə döyüşəcək. Burada isə döyüşlər 12:00-da başlayacaq. 

 

Yığmamızın digər üzvü İrina Zareçka (+61) üçün döyüşlər üç gün sonra start götürəcək. Onun ilk döyüşü Yaponiya təmsilçisi Ayumi Uekuso ilə olacaq. Ardınca isə Silviya Semeraro (İtaliya), Sofiya Berulçeva (Qazaxıstan), Məltəm Hocaoku (Türkiyə) ilə döyüşəcək. Onun görüşləri isə 09:00-da başlayacaq. 

 


Reqlamentə əsasən iki qrupa bölünən idmançılardan yalnız iki ən güclü karateçi növbəti mərhələyə çıxacaq. Dördlükdən isə ən güclülər finalda qarşılaşacaq. Xatırladaq ki, karate ilk dəfədir ki, Yay Olimpiya oyunlarına daxil edilib.

 

Xəbər xətti