"Fənərbaxça"dan Premyer Liqa klubuna

23:34 - 9 Sentyabr 2021

"Fənərbaxça"dan ayrılan Matias Zanka Yorqensen karyerasını İngiltərədə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, Danimarka millisinin üzvü Premyer Liqa təmsilçisi "Brentford"la 1 illik müqavilə imzalayıb.

 

Qambiya əsilli futbolçu 2019-cu ilin yayında İngiltərənin "Haddersfild" klubundan 2 milyon avro qarşılığında "Fənərbaxça"ya keçmişdi.

Xəbər xətti