Bakı klubundan 40-cı məğlubiyyət

13:44 - 13 Sentyabr 2021

“Sabah” Premyer Liqada 40-cı məğlubiyyətini alıb.

 

Sportal.az xəbər verir ki, Bakı klubu III turun “Qəbələ” ilə ev oyununda uduzub – 0:2. Paytaxt təmsilçisi 2018/19 mövsümündən çıxış etdiyi Premyer Liqadakı 79-cu matçında 40-cı dəfə uduzub.

 

Bakılıların hesabında 19 qələbə və 20 heç-heçə də var. Məğlubiyyətlərdən 21-i ev, 19-u səfər görüşündə qeydə alınıb.

 

Qeyd edək ki, cari mövsümün hər üç matçında uduzan “Sabah” ilk məğlubiyyətini 2018-ci il avqustun 19-da evdə “Sumqayıt”dan alıb – 1:4.

Xəbər xətti