"Bu mövsüm favoritlər sırasında deyilik"

12:52 - 14 Sentyabr 2021

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri komandasının Çempionlar Liqasındakı məqsədindən danışıb.

Sportal.az xəbər verir ki, "qoca sinyora" ÇL-də yeni mövsümə bu gün İsveçdə başlayacaq. Turin klubu ÇL-in 1-ci turu çərçivəsində “Malmö” ilə üzə gələcək. Alleqri bu mövsümki məqsədlərindən belə söz açıb:

"Yuventus” ona görə favorit hesab edilirdi ki, son 5 ildə 2 final oynamışıq. Sadəcə bəxtimiz də gətirməyib. Klub prezidenti ilə söhbət etmişəm. Əsas məqsəd birinci 8-liyə düşməkdi. Ora düşdükdən sonra hər şey baş verə bilər. Qrup mərhələsini keçməliyik. Bu mövsüm favoritlər sırasında deyilik. Amma bu o demək deyil ki, qalib gəlmək istəyimiz yoxdu".

Xəbər xətti