Millimizin forvardı Mahir Emrelinin formasını geyindiyi "Legiya" (Polşa) Avropa Liqasının qrup mərhələsində ilk matçına çıxacaq.
Sportal.az xəbər verir ki, Varşava təmsilçisi "Spartak"ın (Moskva) qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə 18:30-da başlayacaq.
"Legiya"nın yer aldığı C qrupunda "Spartak"la yanaşı, "Lester" (İngiltərə) və "Napoli" (İtaliya) də mübarizə aparır.