PSJ-nin futbolçusu Lionel Messi qarşıda 2 oyunu buraxmalı olacaq.
Sportal.az xəbər verir ki, argentinalı zədə səbəbindən sentyabrın 25-də “Monpelye” və 28-də “Mançester Siti”nə qarşı keçiriləcək matçda meydana çıxa bilməyəcək.
4 gün öncə “Lion”a (2:1) qarşı keçirilmiş oyunda zədələnən Messi matçı yarımçıq başa vurub.
Bu səbəbdən Paris təmsilçisi dünən “Metz”ə ( 2:1) qarşı keçirilmiş oyunda Messinin xidmətindən istifadə edə bilməyib.