Serxio Ramos PSJ-nin məşqində iştirak etmədi

16:50 - 13 Oktyabr 2021

Serxio Ramos PSJ-nin bu gün keçirilən məşqində iştirak etməyib.


Sportal.az xəbər verir ki, bir müddət əvvəl ispanın zədəsini sağaltdığı və 10-cu turda "Anje"yə qarşı matçda meydana çıxacağı deyilirdi. Lakin futbolçu matçın heyətinə daxil edilməyib.


Onun məşqdə iştirak etməməsinin səbəbi isə dəqiq deyil. Paris klubuna bu yay keçən Ramosun müqaviləsi 2023-cü ildə başa çatacaq. Amma hələ ki, təcrübəli futbolçu PSJ-in heyətində 1 oyunda belə meydana çıxmayıb.

 

PSJ - "Anje" matçı oktyabrın 15-də "Park De Prens"də keçiriləcək. 

Xəbər xətti