Patrik Şikə xüsusi mükafat - VİDEO

22:22 - 18 Oktyabr 2021

AÇ-2020-nin ən yaxşı qolunun müəllifi olan Çexiya millisinin hücumçusu Patrik Şik xüsusi mükafatını alıb.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı hücumçuya rusiyalı kalliqraf-rəssam Pokras Lampasın hazırladığı xüsusi kubok təqdim olunub.

 

Patrik Şik AÇ-2020-nin qrup mərhələsi çərçivəsində Şotlandiyanı 2:0 hesabı ilə məğlub etdikləri oyunda baxımlı qol vurmuşdu. “Bayer”in hücumçusu 52-ci dəqiqədə topu mərkəz xətti yaxınlığından rəqib qapısına göndərmişdi.

 

Xəbər xətti