Qvardiola: "Heç-heçə də yaxşı nəticə olardı"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola PSJ-ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis Fransa klubuna qarşı yaxşı oynadıqlarını deyib:

 

"PSJ-yə qarşı yaxşı performans göstərdik. Çox təhlükəli komandadırlar. İlk matçda olduğu kimi bu matçda da yaxşı oynadıq. Buraxdığımız qoldan sonra 5-10 dəqiqə çətinlik çəkdik, amma sonra özümüzə gəldik. Futbolçularım çox çalışdılar. Qısa ötürmələrdə çox yaxşıdırlar. Heç-heçə də yaxşı nəticə olardı, amma biz qələbə qazandıq. Qrupdan çıxmağı təmin etmişdik. Buna baxmayaraq səviyyəli komandaya qarşı yaxşı oynadıq".

Tarix: 25 Noyabr [14:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1  Dekabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio