İtaliyada ən yaxşı baş məşqçi müəyyənləşdi

20:50 - 29 Noyabr 2021

İtaliya A Seriyasında noyabr ayının ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, ötən ayın ən yaxşısı adına "Atalanta"nı çalışdıran Can Pyerro Qasperini layiq görülüb. 63 yaşlı mütəxəssisin mükafatı sabah Berqamo təmsilçisinin "Venetsiya" ilə oyunundan əvvəl təqdim olunacaq.

 

Qeyd edək ki, "Atalanta" Qasperininin rəhbərliyi altında noyabrda İtaliya çempionatında keçirdiyi üç oyunda da qalib gəlib.

Xəbər xətti