Samir Abasov: "Komandada ab-hava həqiqətən əladı"

21:47 - 14 Yanvar 2022

"Neftçi"nin baş məşqçisi Samir Abasov Antalyada toplanış çərçivəsində keçirilən "Kişvarda" matçından sonra danışıb.

Sportal.az xəbər verir ki, Abasov Macarıstan klubuna qarşı keçirilən oyunu bu cür dəyərləndirib:

​"İndi kimisə xüsusi vurğulamayacam. Maraqlı oyun idi. Vacib olan bu oyunda komandanın hərəkətli olması idi. İlk həftədəcə və davam edən yükləmələrdən sonra bu cür hərəkətli çıxış etmək komanda üçün xoş siqnal oldu. Təəssüflər olsun ki, bütün futbolçular istədiyimiz kimi toplanışda iştirak edə bilmirdi. Bu da təəssüf doğurur. Ancaq bu bizdən asılı olan məsələ deyil. İlk oyun olduğunu nəzərə alsaq, pis alınmadı".

Baş məşqçi komandanın yeni transferləri haqda da fikirlərini bildirib: "Uyğunlaşmanı tez keçməkdən ötrü kollektiv də önəmlidir. Hazırda komandada ab-hava həqiqətən əladı. Bu da onların tezliklə adaptasiya olunmalarına bir köməkdi. Azər yerli uşaqları tanıyır və bir neçə Voyislav Stankoviç kimi legionerləri tanıyır. Düşünürəm ki, Azərə nisbətən Eddi adaptasiya sarıdan bir qədər problem yaşayır. Görünən odur ki, Salahlı uyğunlaşma dövrünü yaxşı keçir". (Neftçi TV)

Xəbər xətti